Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda heyvanların baş sayı 162 mini ötüb

02 aprel 2021 | 16:00

Keçən ilin sonunda Samux rayonunun təsərrüfatlarında 23402 baş iribuynuzlu mal-qara, 138994 baş qoyun-keçi bəslənilib.
İribuynuzlu mal-qaranın 777 başı kənd təsərrüfatı müəssisələrində, 22625 başı əhali təsərrüfatlarında, qoyun və keçilərin 123064 başı kənd təsərrüfatı müəssisələrində, 15930 başı əhali təsərrüfatlarında olub.
Ötən il diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 28 ton artaraq 5767 ton, süd istehsalı 9 ton artaraq 31367 ton, yumurta istehsalı 68 min ədəd artaraq 7503 min ədəd olub. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 96154,2 min manat olub ki, bunun da 47835,2 min manatını və ya 49,7 faizini heyvandarlıq məhsulları təşkil edir.

Keçidlər