Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər

05 mart 2021 | 16:00

5 mart 2021-ci il tarixdə YAP Samux Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə  8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər” mövzusunda videokonfrans keçirdi. Tədbiri giriş sözü ilə YAP Samux Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova açaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün rayon qadınlarını təbrik etdi və vurğuladı ki, biz fəxr edirik ki, bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını, artıq demokratik cəmiyyətin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir. Doğrudan da Azərbaycan qadın hərakatı inamla addımlayır, onu beynəlxalq aləmdə tanıyırlar.
Tədbirdə çıxış edən Samux şəhər 1 saylı uşaq bağçasının direktoru Atai Ağca, İnstitut qəsəbə tam orta məktəbin müəllimi Dilarə Əsgərova, Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova,Əhmədbəyli kənd uşaq bağçasının direktoru Şəms Məmmədbəyova  və Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin direktoru  Bəsti Mahmudova təbriklərə qoşularaq qeyd etdilər ki, Azərbaycan qadın hərakatının belə yüksək səviyyə qazanmasında, Ulu Öndərin böyük xidməti olmuşdur. Bu gün də onun siyasi kursunun davamçısı, dövlət rəhbərimiz cənab İlham Əliyevin sonsuz qayğısının bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq yüksək dövlət idarəçilik strukturunda təmsil olunurlar, ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər .

 

Keçidlər