Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda fənn olimpiada iştirakçıları ilə onlayn görüş keçirilib

04 mart 2021 | 16:00

Samux Rayon Təhsil Şöbəsinin müdiri xanım Nurlana Həsənova Samux rayonu üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsində qalib gəlmiş şagirdlər və onların fənn müəllimləri ilə onlayn görüş keçirib.
Virtual məktəb platforması üzərindən baş tutan görüşdə məktəb direktorları, olimpiadanın rayon mərhələsində uğur qazanmış şagirdlər və onların fənn müəllimləri iştirak edib. Əvvəlcə rayon təhsil şöbəsinin müdiri xanım Nurlana Həsənova qazandıqları uğur münasibətilə şagirdləri təbrik edib. Iştirakçılar tərəfindən maraqla qarşılanan görüşdə şagirdlər və fənn müəllimləri də çıxış edərək öz təəssuratlarını bölüşüblər.
Məlumat üçün bildirək ki, fənn olimpiadalarının birinci - rayon  mərhələsində Samux rayonu üzrə 31 nəfər şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Sonda Samux RTŞ-nin müdiri xanım Nurlana Həsənova şagirdlərə keçiriləcək növbəti yarımfinal mərhələsində uğurlar arzulayıb.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank” ın baş sponsorluğu ilə həyata keçirilir.

Keçidlər