Şriftin ölçüsü :

Saytın rəngi :

Samux RTŞ-nin tabeliyinə daxil olan ümumi təhsil müəssisələrində uzun illərdir fəaliyyət göstərmiş və çalışmanın yaş həddinə çatmış müəllimlərlə tədbir keçirilib

02 mart 2021 | 16:00

Samux Rayon Təhsil Şöbəsinin tabeliyinə daxil olan ümumi təhsil müəssisələrində uzun illərdir fəaliyyət göstərmiş, işlərini layiqincə yerinə yetirmiş, məsuliyyətli, qabaqcıl təhsil işçiləri ilə tədbir keçirilib.
Mövcud pandemiya şəraitinin tələblərinə uyğun olaraq keçirilən tədbirdə Samux Rayon Təhsil Şöbəsinin müdiri xanım Nurlana Həsənova, Samux şəhər 1 nömrəli məktəb-liseyin  Alman dili müəllimi Səmədova Sehran, Samux şəhər 2 nömrəli məktəbin riyaziyyat müəllimi Məmmədova Zübalə və coğrafiya müəllimi Qafarova Tacirə, Qarabağlar kənd tam orta məktəbin  çağırışaqədərki hazırlıq müəllimi Məmmədov Müqabil, Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin çağırışaqədərki hazırlıq müəllimi  Kazımov Nəzər və Əlibayramlı kənd ümumi orta məktəbin riyaziyyat müəllimi  Qafarova Şamama iştirak ediblər.
Tədbirdə Samux RTŞ-nın rəhbərliyi bu şərəfli peşəni layiqincə yerinə yetirdikləri üçün müəllimləri təbrik edərək onlara can sağlığı arzulayıb və müəllimlərin əməyi nəticəsində savadlı, bilikli, vətənpərvər, geniş dünyagörüşlü və nümunəvi əxlaqa malik cəmiyyətin formalaşmasında əvəzsiz xidmətlərinə görə onlara təşəkkürünü bildirib.
Sonda gənc nəslin təlim tərbiyəsindəki  uzun müddətli səmərəli fəaliyyətlərinə və 65 illik yubileyləri münasibətilə yuxarıda adları qeyd olunan müəllimlər Samux Rayon Təhsil Şöbəsinin müdiri xanım  Nurlana Həsənova tərəfindən gül və hədiyyə ilə təltif olunublar .

Keçidlər