Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Hərbi - Vətənpərvərlik mövzusunda sosial - çarx layihəsi” uğurla icra olunub

01 mart 2021 | 16:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb liseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızının rəhbəri olduğu “Hərbi - Vətənpərvərlik mövzusunda sosial - çarx” layihəsinin icra planına əsasən 28.02.2021-ci il tarixində sosial-çarxın yekun təqdimatı keçirilib.
Təqdimat “Zoom” proqramı vasitəsilə,  layihənin eksperti hüquqşunas Sərxan Sadıxovun, Samux şəhər 1 nömrəli məktəb - lisey, Samux şəhər 2 nömrəli tam orta məktəb, Samux şəhər 3 nömrəli tam orta məktəb, Sərkar kənd tam orta  və Qarayeri qəsəbə 1 nömrəli məktəb - liseyin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilib.
Tədbirin əvvəlində layihənin rəhbəri Əmiraslanova Gülnarə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Daha sonra layihənin məqsəd və vəzifələri, görülmüş işlər  haqqında tədbir iştirakçılarını məlumatlandıraraq bildirdi ki, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən mühüm vəzifələrdəndir.  
Tədbirin gedişatında layihənin eksperti hüquqşunas Sərxan Sadıxov layihə haqda fikirlərini bildirərək qeyd etdi ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq və təbliğ etməkdir.
Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru Bəsti Mahmudova, Sərkar kənd tam orta məktəbin direktoru Afaq Mövləyeva və gənc müəllim Günel Əhmədova da layihə haqqında fikirlərini bildirdilər.
Tədbirin sonunda sosial - çarx, lahiyə üzrə çap olunmuş kitablar, buklet və flayerlər içtimaiyyətə təqdim olunub.

Keçidlər