Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Beynəlxalq Ana Dili Günü” keçirilib

23 fevral 2021 | 16:00

Samux Rayon Təhsil Şöbəsinin tabeliyinə daxil olan ümumi təhsil müəssisələrində Beynəlxalq Ana dili Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlər həm onlayn, həm də ənənəvi qaydada təşkil edilib.
Məlum olduğu kimi UNESKO-nun 1999-cu il noyabr ayında keçirilən Baş konfransın 30-cu sessiyasında təsis edilmiş Beynəlxalq Ana Dili Günü hər ilin 21 fevral tarixində qeyd olunur.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili  millətin özünəməxsusluğunu qorumaqla yanaşı tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa imkan yaradır. Məktəblərdə keçirilən tədbirlər zamanı  Azərbaycan dilinin saflığı, zənginliyi haqqında maraqlı fikirlər söylənilib və dilimizin yad ünsürlərdən təmizlənməsi barədə şagirdlərə tövsiyyələr verilmiş, həmçinin, doğma dilimizin daş kitabələrdən bu günə qədər keçdiyi uzun, çətin və şərəfli yol haqqında şagirdlərə geniş məlumatlar verilib.
Tədbirlərdə şagirdlər ana dilimizə həsr olunmuş şeirlər, atalar sözləri, aforizmlər, mahnılar söyləyib və maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Keçidlər