Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışırlar.

24 fevral 2021 | 16:00

24 fevral 2021-ci il tarixində səhərdən başlayaraq Samux rayonunun qəsəbə və kəndlərində əsas küçə, prospekt və yollara qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.
Maşın-mexanizmlər və canlı qüvvələr tərəfindən günərzində qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.
Aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Samux rayonunun ərazisində elektrik enerjisi, təbii qazın və içməli suyun verilişində heç bir fasilə olmamışdır. Kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışırlar.

Keçidlər