Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi sona çatıb

12 fevral 2021 | 16:00

12 fevral 2021-ci il tarixində tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar keçirilib. Respublika fənn olimpiadalarının birinci – rayon mərhələsində Samux rayonu üzrə ümumi 353 nəfər şagird iştirak edib.
Mövcud pandemiya şəraitinə uyğun olaraq şagird sıxlığının minimuma endirilməsi üçün müvafiq fənlər üzrə olimpiadalar fərqli günlərdə təşkil edilib.
Samux rayonu üzrə imtahanlar 1 mərkəzdə - Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbdə təşkil edilib. Olimpiadalar zamanı Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım Həsənova və şöbənin əməkdaşları mərkəzdə iştirak edərək təşkilati işin səviyyəsi ilə yaxından tanış olublar.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Keçidlər