Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 11 min hektara yaxın sahədə payızlıq taxıl əkilib

11 fevral 2021 | 16:00

Samuxda bu ilin məhsulu üçün 14706,9 hektar sahədə şum qaldırılıb və 10803,9 hektar sahədə payızlıq taxıl səpini aparılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxıl səpininin 5951,2 hektarı buğda, 4012,7 hektarı arpa, 840 hektarı isə xəsildir.
Taxıl əkininin 220,5 hektarı və ya 2,0 faizi dövlət müəssisələrində, 4214,9 hektarı və ya 39,0 faizi qeyri-dövlət müəssisələrində, 6368,5 hektarı və ya 59 faizi isə əhali təsərrüfatlarında olub.
Samux, 10 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər