Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz samuxlular, koronavirus infeksiyasına qarşı birlikdə mübarizə aparaq!

30 noyabr 2020 | 16:00

Dünyada olduğu kimi, ölkəmizdə də koronavirus infeksiyasına yoluxma halı artmışdır. Bununla əlaqədar olaraq rayon sakinlərinə ciddi xəbərdarlıq olunur. COVİD-19 infeksiyasına qarşı birlikdə mübarizə aparmalı, sosial məsafə saxlamalı, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı və başqalarını da bu qaydalara əməl etməyə təşviq edərək vətəndaşlıq məsuliyytimizi yerinə yetirməliyik.
Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı tələb və tövsiyyələrinə Samux rayonunda da ciddi əməl olunur. Samux rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar və könüllülər tərəfindən əhalinin sıx toplaşdığı yerlərdə pulsuz tibbi maska paylanılır və dezinfeksiya işləri görülür, maarifləndirici söhbətlər aparılır. Həyata keçirilən tədbirlər rayon ərazisində epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, infeksiyanın sürətlə yayılmasının qarşısının alınması, mümkün qədər yoluxmaların azalması, sakinlərimizin sağlamlığının qorunması məqsədi daşıyır.
Biz birlikdə mübarizə aparmaqla özümüzün, ailəmizin və ətrafdakıları infeksiyadan qoruya bilərik.
Bir daha hamınızı xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməyə çağırırıq.

Keçidlər