Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan və Azərbaycan Ordusu xalqımızla birlikdə möhtəşəm tarixi qələbəyə imza atdı

29 noyabr 2020 | 16:00

Azərbaycan xalqı, Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyev son yüzilliklərin ən möhtəşəm qələbəsini qazanıb. Lakin bu qələbəyə gedən yol asan başa gəlməyib. Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində Dağlıq Qarabağ probleminin həllinə doğru düşünülmüş, uzaqgörən addımlar atıb. Eyni zamanda, münaqişənin həlli ilə əlaqədar Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təməl prinsiplərini əsas götürərək həmişə Azərbaycanın qəti mövqeyini bəyan edib: “Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti ola bilməz”. Bu qəti mövqe bizi bugünkü qələləbənin əldə edilməsinə yaxınlaşdırıb.
Sentyabr ayının 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə bütün cəbhəboyu həyata keçirilən əks-hücum əməliyyatlarına başlamaqla Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı. Ordumuzun misilsiz rəşadəti nəticəsində 30 il işğal altında olan torpaqlar işğaldan azad edildi. Azərbaycan xalqının şərəf tarixi yazıldı, millətin qüruru özünə qaytarıldı. Azərbaycan təkcə Ermənistan və onun havadarları üzərində deyil, bütün ermənilik üzərində şanlı qələbə qazandı.
44 gündə Ali Baş Komandan İlham Əliyev şəxsən qələbə müjdəsini Özü xalqa çatdırıb: Prezident, Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, Azərbaycan dövlətinin gücünü, qüdrətini, Azərbaycan xalqının döyüş ruhunu, qələbə əzmini dünyaya təqdim etdi. Ali Baş Komandan və Azərbaycan Ordusu xalqımızla birlikdə möhtəşəm tarixi qələbəyə imza atıb. Ölkəmizdə Azərbaycan tarixinin heç vaxt görmədiyi misilsiz bir xalq-ordu-dövlət birliyi hökm sürür. Qələbən mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!.

Keçidlər