Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşid Şabanov: Qüdrətli Ordumuz bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil

27 noyabr 2020 | 16:00

“Vətən müharibəsi xalqımızı Müzəffər Ali Baş Komandanın, Prezidentin ətrafında daha da sıx birləşdirdi, xalq-dövlət birliyinin ən bariz nümunəsini göstərdi. Bugünkü uğurumuz, bu şanlı Qələbəmiz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində mümkün oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov deyib.
Onun sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı haqqında mif uydurulmuş Ermənistan ordusu çökdürüldü. Qüdrətli Ordumuz bütün dünyaya sübut etdi ki, Azərbaycan sülhpərvər, humanist dövlət olsa da, öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil: “Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri Qələbənin rəsmiləşdirilməsi demək oldu. Sözsüz ki, xalqın Ordumuza inamı və dəstəyi, ölkədə mövcud olan milli və siyasi həmrəylik qazandığımız Qələbənin əsasını təşkil edir. Prezidentimizin bölgələrdə izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir”.

Keçidlər