Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ictimai iaşə obyektlərində tələblər diqqət mərkəzində

23 noyabr 2020 | 16:00

Samuxnda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür. Rayonda dezinfeksiya işləri ilə əhalinin gündəlik üz tutduğu məkanlarda kompleks yoxlamalar aparılır.
Samuxda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Proses küçə və prospektlərlə yanaşı inzibati binaların ətrafı, insanların kompakt toplaşdığı yerləri əhatə edib. Həmcinin mobil qruplar tərəfindən market və mağazalarda maarifləndirmə işləri də icra edilib.
Əli Rüstəmov - Samux Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru: Mütləq ara məsafəsini gözləsinlər. Tibbi maskalardan istifadə etsinlər. Ən əsası da gigiyenik qaydalara əməl etsinlər. Bu üç amilə biz əgər əməl etsək koronavirusa qalib gələ biləcəyik.
Kompleks tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ictimai iaşə obyektlərində yoxlamalar keçirib. Araşdırmalar zamanı bəzi məkanlarda masalar arası məsafənin qorunmadığı, eləcə də tibbi məhlullardan düzgün istifadə edilmədiyi aşkarlanıb.
Qüsur aşkarlanan obyekt sahiblərinə qanuna müvafiq qaydada cərimə protokolları yazılıb. Eyni halın bir daha təkrarlanmaması üçün maarifləndirici söhbətlər aparılıb. 
Natiq Hüseyn

Keçidlər