Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin videokonfrans formatında müşavirəsi keçirildi.

25 sentyabr 2020 | 16:00

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası  Samux rayon təşkilatında ərazi ilk partiya  təşkilat sədrlərinin videokonfrans formatında müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında səsləndirdiyi tezislərdən, həyata keçirdiyi siyasət və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib.
Hazırda dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğunu deyən Gündüz Bayramov vurğulayıb ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir. Onun sözlərinə görə, görülən işlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Ölkəmizin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımlar beynəlxalq miqyasda da təqdir olunur.
G.Bayramov qeyd edib ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi işğalçı Ermənistanı ciddi narahat edir. Belə ki, işğalçı ölkənin və onun rəhbərliyinin təxribatçı hərəkətləri də bunu deməyə əsas verir. O,   Azərbaycan Ordusunun hər zaman düşmənə layiqli cavab verməyə hazır olduğunu diqqətə çatdırıb.
Sonra müşavirədə ərazi ilk partiya təşkilatlarının qarşısında duran vəzifələr müzakirə edilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Keçidlər