Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan Azərbaycan torpaqlarında süni məskunlaşdırma yolu ilə demoqrafik vəziyyəti dəyişmək istəyir

02 sentyabr 2020 | 16:00

İşğalçı ölkənin qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısı qəti şəkildə alınmalıdır
Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib.
Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan və hümanitar hüqun pozulması kimi tövsif edilən bu köçürmədə Ermənistanın əsas məqsədi süni məskunlaşdırma yolu ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu və demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir.
Livanda baş vermiş partlayışdan sonra bu ölkədə yaşayan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi ermənilərin işğalçı, terrorçu mahiyyətini bir daha üzə çıxarır.
Azərbaycan bu haqda beynəlxalq təşkilatlara və ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etsə də, guya münaqişənin həllində vasitəçilik missiyası daşıyan bu qurum hələ ki susur. Onların bu susqunluğu anlaşılan deyil. Çünki Ermənistanın bu qeyri-qanuni hərəkətləri birmənalı şəkildə sülh danışıqlarının ruhuna ziddir. Nəticə etibarı ilə, beynəlxalq aləm bu məsələdə susmamalı, işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısı qəti şəkildə alınmalıdır.

Keçidlər