Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yeni məktəb binaları inşa olunur

27 avqust 2020 | 16:00

Samuxda təhsil müəssisələrinin yenilənməsi istiqamətində işlər davam etdirilir. Rayonun 4 kəndində yeni məktəb binası inşa olunur. Bir kənddə isə mövcud bina əsaslı təmir edilir.
Samux rayonu İnstitut qəsəbə tam orta məktəbi 60 ilə yaxındır uyğunlaşdırılmış binada fəaliyyət göstərir. İkimərtəbəli tikilidə maddi-texniki baza ilə bağlı müəəyən çətinliklər olsa da, pedoqoji heyət bunun tədris prosesinə təsir etməməsinə çalışıb. Bu ilin mayında Təhsil Nazirliyi tərəfindən İnstitut qəsəbəsində yeni məktəb binasının inşasına başlanılıb.
Gülsəba Abbasova İnstitut qəsəbə tam orta məktəbinin direktoru: Burada bizim yüksək səviyyədə şəraitimiz yox idi. Laboratoriyalarımız günün tələblərinə cavab vermirdi. Fənn kabinetlərimiz, idman zalımız yox idi. Ümid edirik ki, bizim bu yeni məktəbimizdə hər bir şəraitimiz olacaq və nəticəmiz də yüksələcək.
Yeni məktəb binasının inşası üçün 1 hektradan artıq torpaq sahəsi ayrılıb. 960 şagird yerlik təhsil müəssisəsinin inşası sürətlə davam etdirilir. İşlərin nəzərdə tutulan vaxtda və kefiyyətlə yerinə yetirilməsi üçün kifayət qədər işçi qüvvəsi ayrılıb. 3 mərtəbəli binada sinif otaqları yeni inventar və avadanlıqlarla tam təchiz ediləcək.
Ələddin Həsənov  iş icraçısı: Məktəbdə iki kimya, iki fizika, iki biologiya, hərbi hazırlıq kabineti və informatika otağı, yeməkxana, qazanaxana, idman zalı nəzərdə tutulub. Bundan başqa həyətdə iki ədəd nasosxana və qazanxana da qurulacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun Sərkar kəndində də yeni məktəb binası inşa olunur. Ziyadlı kəndində isə mövcud təhsil ocağı əsaslı şəkildə yenilənir. Bundan başqa Qədili kəndində modul tipli məktəb binasının qurulmasına başlanılıb. Yaxın vaxtlarda Çobanababdallı kəndində də yeni təhcil ocağının tikintisinə start veriləcək.
Natiq Hüseyn

Keçidlər