Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var.

30 iyul 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində bir neçə hərbçimiz şəhid oldu və yaralandı. Cavab olaraq düşmənin hərbi bölmələrinə sarsıdıcı zərbələr endirildi, 100-dən çox canlı qüvvəsi məhv edildi və dövlət sərhədlərimiz rəşadətlə qorundu. Bu döyüşlər ordumuzun gücünü və istənilən gözlənilməz vəziyyətə qarşı hazırlıq dərəcəsini bir daha ortaya qoydu. Sübut etdi ki, Azərbaycan Ordusu güclüdür və düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Son illərdə biz bunun dəfələrlə şahidi olmuşuq. 2016-cı il Aprel döyüşləri, 2018-ci il Naxçıvan əməliyyatı və hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin fonunda müşahidə olunanlar bunu bir daha təsdiq edir.
“Bu döyüşlər işğalçılara növbəti xəbərdarlıq oldu ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Ermənistan tərəfi başa düşməlidir ki, sülh yolu ilə torpaqlarımızdan çıxmasalar, ordumuz onlara öz yerini göstərəcək. Bunun üçün bizim gücümüz də, iqtidarımız da var”, - deyə o qeyd edib.
Taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz xalqımızın ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Xalqımızın sıx həmrəylik nümayiş etdirdiyi ümummilli məsələlərdən biri də Dağlıq Qarabağdır. Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək prinsipial yanaşma ortaya qoyur və bildirir ki, torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır. Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi göstərməli, düşmənə qarşı güclü milli iradə nümayiş etdirməliyik. Biz bu yolda bütün səylərimizi səfərbər etməli və ölkəmizin mənafeyini daim qorumalıyıq.

Keçidlər