Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Təhsil Şöbəsində videokonfrans keçirilib.

10 iyul 2020 | 16:00

10 iyul 2020-ci il tarixində Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov, təhsil şöbəsinin əməkdaşları və rayon ümumi təhsil məktəb direktorlarının iştirakı ilə videokonfrans keçirilib. Videokonfrans zamanı IX və XI siniflər üzrə şagirdlərin buraxılış imtahanının nəticələri müzakirə edilmiş, həmçinin koronavirus pandemiyası ilə əlaqədar yeni tədris ilinə hazirliq və bir sıra qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən, müəllimlərin şagirdlər və valideynlər arasında maarifləndirmə işlərində fəallığının artırılması haqqında məsələlər də qeyd olunmuşdur.
Qeyd edək ki, Samux rayonunda 2019-2020-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında IX siniflər üzrə 709 nəfər, XI siniflər üzrə isə 465 nəfər şagird iştirak edib.
Sonda Samux RTŞ-nin müdiri Gülağa Hüseynov tərəfindən videokonfransın iştirakçılarına görüləcək işlərlə bağlı tapşırıqlar verilib.

Keçidlər