Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

10 iyul 2020 | 16:00

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Samux rayonunda Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Operativ Qərargahın tətbiq etdiyi sərtləşdirilmiş karantin rejiminin tələblərinə, həmçinin sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün mobil qruplar tərəfindən davamlı olaraq reydlər təşkil olunur, sakinlər arasında maarifləndirmə işləri aparılır.
   Maarifləndirmə işlərinin aparılması üçün rayon üzrə 32 mobil qrup yaradılıb. Mobil qruplar tərəfindən rayonun  ayrı-ayrı yaşayış məntəqələrində, həmçinin Samux şəhərində izahetmə-xəbərdarlıq işləri aparılır, fəaliyyətinə icazə verilmiş ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirilir. İdarə və təşkilatların binalarında, həmçinin şəhər ərazisində, qəsəbə və kəndlərdə aşkar olunan xəstəlik ocaqlarında dezinfeksiya işləri aparılır. Səsgücləndirici qurğu quraşdırılmış avtomobil vasitəsilə əhaliyə çağırışlar edilir.
   Ümumiyyətlə, iyulun 5-dən bu günədək polis əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarını pozmuş 46 nəfər barədə inzibati protokol tərtib edilib.

Keçidlər