Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda piknik edən şəxslər cərimələniblər

06 iyul 2020 | 16:00

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan Kür çayının Samux rayon ərazisindən keçən hissəsinin kənarında bir qrup vətəndaşın piknik təşkil etməsi müəyyənləşib.
Samux rayon sakinləri Eyvaz İsmayılov, Nicat İsmayılov, Samir Rüstəmov, Hüseyn Zeynalzadə, Fəxri Atakişiyev, Elçin Əliyev, Eltun Zeynallı və Kənan Piriyev olduqları məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə cəzası tətbiq edilib.

Keçidlər