Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə rayon ərazisində hər gün reydlər keçirilir

05 iyul 2020 | 16:00

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, o cümlədən Samuxda sərtlərşdirilmiş karantin rejimi tədbiq olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılar nəzərə alınaraq, Samuxda da  bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tapşırığına əsasən Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları,  polis şöbəsinin və daxili qoşunların əməkdaşları ilə birgə koronavirusa yoluxma riski daha çox olan kəndlərdə səhər saat 7-dən başlayaraq reyd həyata keçiriliblər.
Reyd zamanı karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi ilə yerində tanış olmuş və marketlərdə ərzaq məhsullarının satışı ilə məşğul olan satıcılar və alıcılar ilə maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı kənd ərazisində bir sıra neqativ hallar: yas mərasimi keçirməyə cəhd,  istifadəyə yararsız tibbi maskalardan istifadə etmələri, əksər hallarda maskaların qaydalara uyğun formada taxılmaması, sosial məsafənin saxlanmaması və icazəsiz çölə çəxma kimi faktlar aşkar edilmiş və bütün bunlar qayda pozuntusu kimi vətəndaşlara xəbərdarlıq edilmişdir.
Keçrilən reyddən sonra rayon rəhbərliyinin iştirakı ilə müzakirələr aparılmış, gündəlik olaraq rayon ərazisində İcra Hakimiyyəti, Rayon Polis şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq idarəsi əməkdaşlarının da iştirakı ilə birgə reydlərin təşkil edilməsi, nəzarətin daha da gücləndirilməsi bir tapşırıq olaraq qarşıya qoyulub.
Hazırda səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə şəhər ərazisində maarifləndirici təbliğat işi aparılır.

Keçidlər