Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirib

02 iyul 2020 | 16:00

02 iyul 2020-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Operativ Qərargahın növbəti onlayn müşavirəsi keçirildi. Təşkil olunan videomüşavirəyə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri də qoşulmuşdular.
Müşavirə zamanı rayon rəhbəri Alı Qocayev bildirib ki, COVID-19 virusunun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi ilə hali arasında geniş maarifləndirici və izahedici tədbirlər aparılmalı olduğunu bildirdi. Yerlərdə karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, İƏD  üzrə nümayəndələrin hər bir ailəyə fərdi qaydada yanaşması və özünütəcridlə bağlı izahedici işlərin aparılması, onların sosial ehtiyaclarının öyrənilməsi ilə bağlı tapşırıqlar verdi.
Müşavirənin sonunda rayon rəhbəri sakinləri sosial məsuliyyətdən irəli gələn həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, sağlamlıqlarını qorumağa çağırıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər