Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda barama tədarükü davam edir.

18 iyun 2020 | 16:00

Samux rayonu üzrə hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılmasından sonra 30 ailə cəmi 50 qutu olmaqla ilk dəfə barama yetişdirirlər. Bununla da, rayon üzrə 90 nəfər mövsümü işlə təmin olunmuşdur.
Hal-hazıradək 0.783 ton barama tədarük edilmişdir. Cəmi məhsuldarlıq 2 tondan artıq proqnozlaşdırılır.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonda baramanın mövcud vəziyyəti ilə maraqlanıb, kümçülərlə görüşümüş və rayonda baramanın ilk tədarükündə iştirak etmişdir..
Xatırladaq ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Keçidlər