Şriftin ölçüsü :

Saytın rəngi :

Hava proqnozu haqqında məlumat

21 may 2020 | 16:00

Mayın 23-ü gündüzdən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 23-də ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu 24-də ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından  qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Hidrometeoroloji Proqnozlar
Bürosunun direktoru: G. Məmmədova-

Keçidlər