Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun İnstitut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələri tikilir.

20 may 2020 | 16:00

Qərb regionunda fəaliyyət göstərən, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafna Dəstək İctimai Birliyi Yaponiya Dövlətinin Azərbaycandakı Səfirliyinin maliyyə yardımı və Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Samux rayonunun İnstitut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələrinin tikilməsi” layihəsini icra edir. Hal-hazırda tibb məntəqələri tikilib və tikilinin iç və çöl işləri görülür. Onu da qeyd etmək istəyirik ki, əvvəlcədən olunan razılaşmaya uyğun olaraq, İnstitut qəsəbəsi və Alıuşağı kəndinin bələdiyyələri tibb məntəqələrinə su borularını artıq çəkiblər və indi məntəqələrin ətrafındakı abadlıq işlərini həyata keçirirlər. Bildirmək istəyirik ki, Tibb Məntəqələrinə  qaz və işıq xəttlərinin çəkilməsini və müasir standartlara cavab verən avadanlıqla təmin edilməsini Samux rayon Mərkəzi Xəstəxanası öz öhdəsinə götürmüşdür. 2020-ci ilin iyul ayından istifadəyə verilməsi nəzərdə tutulan bu məntəqələr təxminən 9000 nəfər kənd sakininə tibbi xidmət göstərəcəkdir.
Bu layihə, Azərbaycan və Yaponiya Dövlətləri arasında mövcud olan dostluq və əməkdaşlığın daha da genişləndirilməsinə və inkişaf etməsinə xidmət edən layihələrdən biridir.

 

Keçidlər