Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun əhalisi dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur

19 may 2020 | 16:00

Samux rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2020-ci  ilin birinci rübü ərzində Əhmədbəyli kəndində əhaliyə xidmət edən 1 ədəd transformator yeni transformatorla  əvəz edilmiş,  6/10 kv-luq xətlərdə 32 ədəd dayaqlar düzəldilmiş, 37 ədəd yararsız izalyatorlar yenisi ilə əvəz edilmişdir. 1200 metr yararsız naqillər yeni  AS-50 markalı naqilərlə əvəz edilmişdir. İstixana kəndində elektrik şəbəkəsinin yenidən qurulması  istiqamətində 4160 metr SİP kabel xətlərinin çəkilişi  işləri həyata keçirilmiş, 119 ədəd yeni beton dayaqlar basdırılmışdır. Sərkar yaşayış məntqələrində 2860 metr  uzunluğunda elektrik xətləri SİP kabellə əvəz olunub.  Hesabat dövrü ərzində əhali qrupu üzrə istismar edilən 27 ədəd transformator əsaslı təmir olunmuşdur.

Keçidlər