Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda yeni yaşayış massivlərinin qazlaşdırılması davam etdirilir

15 may 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinin, Samux, Göygöl və Daşkəsən rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Ölkə başçısının bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində verdiyi tapşırıqlar Samux rayonunda da uğurla icra edilir. Rayonun Sərkar kəndində 148 abonentin qazlaşdırılması istiqamətində işlərin başlanılması ilə əlaqədar 15.03.2020-ci il tarixində Sərkar kəndində tədbir keçirilmişdir. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçisi, Gəncə Regional Qaz İstismar İdarəsinin Baş mühəndisi Azər Bayramov və kənd sakini iştirak etmişlər. Bildirilmişdir ki, yeni yaşayış massivindəki 148 mənzilin dövlət hesabına tam qazlaşdırılması nəzərdə tutulmuş və qazlaşdırma işlərini“Azəriqaz” İstehsalat Birliyi tərəfindən təyin olunmuş “Azəriqaz” layihə işçiləri aparacaqlar. Çəkiliş zamanı bütün küçənin daşıyıcı və paylayıcı qaz xətləri, o cümlədən mənzildaxili qaz xətləri birinci işlədiciyə qədər montaj olunacaq, hər bir mənzilə fərdi qaydada tənzimləyici və sayğac quraşdırılacaqdır.Tezliklə yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin ediləcəkdir.
Tədbirdə çıxış edən kənd sakini yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığı bildirmişdir.

Keçidlər