Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ilk dəfə barama yetişdiriləcək.

13 may 2020 | 16:00

Samux rayonu üzrə hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılması prosesi may ayının birinci on günlüyünə qədər başa çatdırılmışdır. Belə ki, Samux rayonunda 30 ailə də 50 qutu olmaqla ilk dəfə barama yetişdiriləcək. Bununla da, rayon üzrə 90 nəfər mövsümü işlə təmin olunmuşdur.
Xatırladaq ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Keçidlər