Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon sakini cənab Prezident İlham Əliyevə minnətdarlıq məktubu göndərmişdir

13 may 2020 | 16:00

Möhtərəm Cənab Prezident.
Bu gün dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində respublikamızda bütün qabaqlayıcı tədbirlər görüldü. Odur ki, vaxtında həyata keçirilməsi üçün verdiyiniz qətiyyətli tapşırıqlar bu gün öz səmərəsini verir. Ölkəmiz COVID-19 pandemiyasına ölüm və yoluxanların sayına görə dünya dövlətləri arasında sonuncu yerləri bölüşür. Əminik ki, xalqımızın bu bəladan minimum zərbələrlə çıxacaqdır.
Cənab Prezident, bu Sizin xalqımıza göstərdiyiniz ilk diqqət və qayğı deyil. Siz Prezident seçildiyiniz gündən Azərbaycan xalqına arxa-dayaq olmusunuz. Bütün bunlar üçün bir Azərbaycan vətəndaşı olaraq Sizə öz minnətdarlığımı bildirir və şərəfli missiyanızda yeni uğurlar diləyirəm. Yaxşı ki, dövlətimizin başçısısınız. Uca Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Samirə Əliağa qızı Qasımova
Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının dosent əvəzi
Azərbaycan Respublikası, Samux rayonu.

Keçidlər