Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda koronovirusla bağlı maarifləndirmə işləri diqqət mərkəzindədir

02 aprel 2020 | 16:00

Samux  rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Samux Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılmışdır.
  02 aprel 2020-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  ayrı-ayrı vətəndaşlar arasında təbliğat işləri aparacaq 7 mobil qrupun üzvləri ilə görüşdü, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verdi.
Sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı A.Qocayev rayonun Çobanabdallı, Əhmədbəyli, Yuxarı Ağasıbəyli, Sarıqaya, Lək, Hacallı və Füzuli kəndlərində oldu. Çöldə gəzən sakinlərlə fərdi qaydada söhbətlər apardı. İcra başçısı onlara izah və xahiş etdi ki, bu günlər  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmaq lazımdır. Əgər belə olsa virus yayılmaz, xəstələnmərik və başqa vətəndaşları xəstələndirmərik. Məsələ olduqca ciddidir. Nə qədər evdə otursaq, bir o qədər yaxşıdır. Mənim sizdən xahişim budur.
    Yaşlı və gənc nəslin nümayəndələri icra başçısının hər bir sözünə «baş üstə» deyib, karantin qaydalarına əməl edəcəklərini bildirdilər.
  Eyni zamanda  vətəndaşlarla maarifləndirici söhbətlər aparılmaqla yanaşı onlara spirt və maskalar paylanıldı. Sakinlər buna görə də rayon rəhbərinə minnətdarlıq etdilər.
     Bundan əlavə rayonda fəaliyyət göstərən könüllü qruplar səsucaldıcı vasitələrlə yerli əhalini evdə qalmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmağa çağırırlar.
    Qeyd edək ki, maarifləndirici tədbirlər Samux RİH aparatı tərəfindən gündəlik olaraq rayonunun bütün yaşayış məntəqələrində əhalinin kompakt toplaşdığı yerlərdə, habelə məhəllələrdə aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.
     RİH-nin məsul işçiləri tərəfindən ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib və diqqət mərkəzində saxlanılır.
   Bütün təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.

 

Keçidlər