Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatı “Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını davam etdirir.

26 mart 2020 | 16:00

Hər addımında dövlətin, xalqın maraqlarını üstün tutan, sözlə əməl birliyini, monolitliyini daim qoruyan Yeni Azərbaycan Partiyası dünyanı lərzəyə salan qlobal təhlükəyə qarşı mübarizədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri  yaxından dəstəkləməkdə davam edir.
Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının fəalları və könüllüləri də mart ayının 22-dən etibarən "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər.Gün ərzində 10 tənha qocaya baş çəkilir.
Partiya üzvləri ölkəmizdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə edirlər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, qohum-tanışlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər.
Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının fəalları və könüllüləri bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayırar. Onlar həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar.
Bütün müasir dünyamızı cənginə alan təhlükədən uzaq olmaq üçün hər bir rayon vətəndaşı ölkə Başçısına koronavirusa qarşı mübarizədə dəstək olur, Operativ Qərargahın qoyduğu qaydalara ciddi əməl edir.

Keçidlər