Şriftin ölçüsü :

Saytın rəngi :

Keçən il Samuxda 422 yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb

10 mart 2020 | 16:00

Prezident İlham Əliyevin respublikamızda sahibkarlığın inkişafı məqsədilə imzaladığı sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Samux rayonunda da bu sahənin inkişafına diqqət göstərilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, il ərzində Samuxda 422 yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb. Həmin sahibkarlıq subyektlərindən 14-ü hüquqi şəxsdir.
Hazırda rayonda 1879 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlardan da 102-si hüquqi şəxslərdir.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər