Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxun Gürcüstanla sərhəd kəndlərini rayon mərkəzi ilə birləşdirən yolun tikintisi davam etdirilir

09 mart 2020 | 16:00

Samuxun Gürcüstan ilə sərhəddə yerləşən beş kəndini rayon mərkəzi ilə birləşdirən Yenikənd-Poylu-Qarabağlı-Salahlı-Kəsəmən yolunun tikintisi davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il Samux rayonunda Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində biraşırımlı körpünün tikintisinə başlanılıb və ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib.
Həmçinin Samux şəhərində Şah İsmayıl Xətai, Şahlar Rüstəmov, Xəzər və Hacı Zeynalabdin Tağıyev küçələrinə yeni asfalt örtüyü salınıb və su keçidləri quraşdırılıb.
Şəhərin bir sıra küçələrində cari təmir işləri aparılıb. Eyni zamanda, Molla Pənah Vaqif, 28 May və Arif Nəbiyev küçələrində su keçidləri quraşdırılıb və cari təmir işləri görülüb.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər