Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda növbəti ağacəkmə kompaniyası keçirildi

06 mart 2020 | 16:00

Samux rayonunda növbəti ağacəkmə kompaniyası keçirildi. Gəncə-Samux yolu istiqamətində 1500 ədəd eldar şamı, küknar və çinar ağacları əkildi. Sakinlərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara vaxtaşırı qulluq edilməsi qərara alınıb. Eyni zamanda əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Əkin materialı kimi Samux rayon landşaftına uyğun tinglərdən istifadə olunub. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya davam etdiriləcək.

Keçidlər