Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məktəblər dezinfeksiya edilir

04 mart 2020 | 16:00

Koronovirusla əlaqədar təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət, eyni zamanda, dezinfeksiya və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları rayonda fəaliyyət göstərən məktəblərdə dezinfeksiya işləri aparır. Prosesə Gürcüstanla həmsərhəd olan Eldar zonasından başlanılıb. Mütəmadi aparılan dezinfeksiya işləri sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Eləcə də məktəb kollektivi, şagirdlər və valideynlər arasında maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılıb. Martın 3-dən 9-dək rayonun bütün təhsil və təlim-tərbiyə müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.
Vüsal Cəfərov Samux Rayon Təhsil Şöbəsinin müdir müavini: Rayon üzrə 35 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar təhsil müəssisəsi vardır. Bu günədək Təhsil Nazirliyi tərəfindən verilən dərman pereparatları ilə 14 Samux rayon Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən isə 12 məktəbdə dezinfeksiya işləri aparılıb. Qarşıdakı 3 gün əzrində bütün məktəblərdə proses tam başa çatdırılacaq.
Əli Rüstəmov Samux Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru: Əks epideik tədbir kimi deznfeksiya işləri aparılır. Bu tədbirlər deznfeksiya edici məhlular və xlor maddəsi ilə aparılır. Hal-hazırda Samux rayonunda epidemoloji vəziyyəti sabitdir. Heç bir yolxucu xəstəlik qeydə alınmayıb.
Natiq Hüseyn

Keçidlər