Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "26 fevral Xocalı soyqrımı"na həsr olunmuş sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi.

24 fevral 2020 | 16:00

23 fevral 2020-ci il tarixdə Samuxda "26 fevral Xocalı soyqrımı"na həsr olunmuş sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi. Açıq birincilikdə 6 şəhər və rayondan 6 komanda ( Gədəbəy rayonu 1 komanda, Tovuz rayonu 1 komanda, Şəmkir rayonu 1 komanda, Gəncə şəhəri 1 komanda, Yevlax rayonu 1 komanda və Samux rayonu 1 komanda)  olmaqla ümumilikdə 100-ə yaxın idmançı öz güclərini döşək üstündə sınadı. Yarışın açılışında dövlət himni səsləndikdən sonra Xocalıda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Böyük maraqla izlənilən bu yarışın nəticələrinə görə komandalar üzrə 1-ci yerə Samux rayon komandası, 2-ci yerə Gəncə şəhər komandası, 3-cü yerə isə Yevlax rayon komandaları layiq göruldü.

Keçidlər