Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

19 fevral 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Cəfərov Sərdar Məhərrəm oğlu yaşayış mənzilinin yanındakı bir ədəd elektrik dirəklərəyinin  yenisi ilə əvəz edilməsini xahiş etdi.
2. Zeynalov Namiq Zeynal oğlu Yuxarı Ağasıbəyli kənd sakinlərinin Şəmkir-Samux-Goranboy maşın su kanalından əkin sahələrinin suvarılması üçün kanaldan  bir ədəd qapı qoyulmasını xahiş etdi.
3. Məmmədov Şahin Müzəffər oğlu işlə təmin olunmasnı  xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər