Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü” qeyd olunub

13 fevral 2020 | 16:00

“13 fevral – ölkəmizdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür”. Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu sahədə çalışan insanlar xidmətin yaranma gününü artıq 8 ildir ki, öz peşə bayramları kimi qeyd edirlər.
Bu gün respublikamızın hər yerində olduğu kimi, Samux rayonunda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub.
Əlamətdar gün münasibətilə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin əməkdaşları, Qarabağ əlilləri, şəhid ailələri, veteranlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra YAP Samux Rayon Təşkilatının akt zalında tədbirin rəsmi hissəsi başladı.
Samux  Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də Samux rayon şöbəsinin əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Dövlət başçısı İlham Əliyev tərəfindən bütün sahələrə diqqət və qayğı göstərildiyini qeyd edən rayon rəhbəri son illər ordu quruculuğu sahəsindəki uğur və nailiyyətlərdən də söz açıb. Bildirib ki, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri məhz qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır.
Daha sonra SHXÇDX-nin Samux rayon şöbəsində təltifolunma mərasimi keçirilib.

Keçidlər