Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

14 fevral 2020 | 16:00

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 11 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan  5 nəfər torpaq  ilə bağlı, 3  nəfər məşğulluq ilə bağlı, 1 nəfər yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı  və 2 nəfəri isə sosial yardım ilə bağlı müraciət  etmişdirlər.
Dinlənilmiş müraciətlərin  və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər