Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

12 fevral 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi Elşad Məhərrəmov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Münasib Paşa oğlu yeni  yaşayış  massivində  işıq  xəttinin  dəyişdirilməsini  xahiş etdi.
2. Bəşirov  Cavanşir  Rəsul oğlu içməli  su  artezianının  təmir  edilməsini  xahiş etdi.
3. Tanırverdiyeva  İradə  Ələsgər  qızı ünvanlı sosial yardım  təyin  edilməsinə köməklik edilməsini  xahiş  etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər