Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə möhtəşəm bayram şənliyi keçirildi.

02 fevral 2020 | 16:00

Samux şəhər Qoşqar şadlıq evində “2 fevral – Azərbaycanda gənclər günü münasibəti ilə bayram şənlyi təşkil olundu. Tədbirdə idarə təşkilarlardan və könüllü gənclərdən ibarət 100 gənc iştirak edirdi. Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev qeyd etdi ki, 1994-cü ildə əsası Ulu öndər tərəfindən qoyulmuş  Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır. Ümummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübuta yetirmişdir.  Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009, 2011-2015 və 2017-2021 illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramını təsdiq etmişdir. Bu gündə Dövlət Proqramı mərhələli şəkildə icra edilməkdədir.
Gənc könüllü Məcid Yusifov gənclərə yaradılmış imkanlara görə Samux gəncləri adından Prezidentimiz İlham Əliyev cənablarına dərin təşəkkürünü çatdırdı.
Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev gəncləri gənclər günü münasibəti ilə təbrik etdi. Azərbaycanın gənclər siyasəti və idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Qeyd etdi ki, Samuxda da gənclərə və idmançılara böyük qayğı vardır. Daha sonra icra başçısı il ərzində fəaliyyətində fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim etdi. Gənclər və könüllülər adından icra başçısı Alı Qocayevə xatirə hədiyyəsi təqdim olundu.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissə başladı. Gənclər müxtəlif təamlar və içkilərə qonaq edildi. Daha sonra rəngarəng müsabiqələr keçirildi. Müsabiqə qalibləri mükafatlandırıldı. Musiqi sədaları altında keçən gənclər günü gəncləri məmun etdi.

Keçidlər