Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başcısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2019-cı ilin yekununa və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi

01 fevral 2020 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində geniş miqyaslı islahatlar nəticəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata kecirilməsi  ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarı ilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
          Hörmətli Prezidentimiz cənab İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlamış ,əhalinin ərzaq məsullarının təlabatını, yerli istehsal hesabına ödənilməsinə böyük önəm vermişdir.
Samux şəhərində 2411 təsərrüfatda 10934 nəfər əhali yaşayır, o cümlədən məcburi köçkün ailələrində 466 nəfər yaşayır və 216 nəfər müvəqqəti qeydiyyatdadır.
Şəhər İnzibati Ərazi Dairəsi 3386 hektar torpaq sahəsini əhatə edir ki, onun da 648 hektarı bələdiyyə, 195 hektarı dövlət və 2542 hektarı isə xüsusi mülkiyyətdədir. Şəhərin əhalisi 10934 nəfər təşkil edir ki, onlardan da  6450 nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli əhalinin təxminən 2200 nəfər dövlət müəssisələrində, sosial obyektlərdə, təhsil səhiyyə, mədəniyyət sahələrində, 280 nəfəri ticarət və ictimai iaşə sahələrində, qalan hissəsi isə fərdi təsərrüfatlarda çalışır.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir ki, bu səbəbdən də şəhər əhalisinin bir hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Prezidentinin kənd təsərrüfatının inkişafına kömək məqsədi ilə imzaladığı müvafiq sərəncamdan sonra şəhər əhalisi arasında kənd təsərrüfatı məhsullarının istehsalına maraq daha da artmışdır. Belə ki, 2019-ci ildə nümayəndəliyin ərazisində 86 hektarda 258 ton buğda, 223 hektarda 557.5 ton arpa, 46 hektarda 2195 ton qarğıdalı, 441 hektarda, 818 ton günəbaxan, 233 hektarda 9320 ton şəkər çuğunduru, 41.5 hektarda 925 ton tərəvəz, 38 hektarda 300 ton bostan bitkiləri, 278.6 hektarda 1271 ton meyvə, istehsalı olmuş ki, bu da əvvəlki illərdən təxminən 1,2 dəfə çoxdur.
Kənd təsərrüfatı ilə məşğul olan əhalini maraqlandıran ən vacib məsələlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təmin olunmasıdır. Hesabat dövründə nümayəndəlik bələdiyyə ilə birlikdə bu sahədə qarşıya çıxan problemlərin təxirə salınmadan həll edilməsi üçün il ərzində rayon Suvarma Sistemləri İdarəsi ilə birgə fəaliyyət göstərmiş, subartezian quyularının, suvarma kanallarının işlək vəziyyətdə saxlanılması üçün lazımi tədbirlər görmüşlər. Şəhər ərazisində 74 subartezian quyusu və 2 elektrik nasosu əhalinin istifadəsindədir. Rayon rəhbərliyinin yaxından köməyi nəticəsində subartezian quyuları daim işlək vəziyyətdə olmuş, 2 subartezian quyusu qazılıb istifadəyə verilmiş, buda əkin sahələrinin vaxtında suvarılıb bol məhsul əldə olunmasına səbəb olmuşdur. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün rayon rəhbərliyinin köməyi ilə 210 m uzunluğunda su xətti  çəkilmişdir.
           Respublikamızda 2019-ci il dekabrın 23-də bələdiyyə seçkisi keçirilmişdir.Bu seçkilərdə Samux şəhər əhalisi aktiv iştirak etmişdir.Seçkilərin nəticələrinə əsasən Cəfərov Xətahim Cəfər oğlu Samux Şəhər bələdiyyəsinin sədri seçilmişdir. Qarşıdan novbedən kənar Parlament seçkiləri gəlir 09 02 2020 cu il Bu seçkilərdə də Samux şəhər əhalisi öz aktivliyi ilə seçiləcəklər.
   Cari ildə keçirilən seçki ərəfəsində Samux şəhər nümayəndəliyi tərəfindən seçicilərin siyahılarının dəqiqləşməsində və digər işlərdə yaxından iştirak etmişdir.   
Hesabat ilində Respublikanın digər regionlarında olduğu kimi Samux rayonunda və həmçinin Samux şəhərindədə geniş  abadlıq və quruculuq işləri aparılmışdır

Nümayəndəlik Kommunal Təsərrafatı İstehsalat Birliyi idarəsi ilə birlikdə şəhər daxilində və ətrafında daimi olaraq təmizlik abadlıq işləri aparır.
2019-ci ildə şəhər əhalisinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sakinlərin elektrik enerjisinə, təbii qaza və içməli suya olan tələbatının lazımi səviyyədə ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Əhali maye qazdan, elektrik enerjisindən və telefon xidmətindən fasiləsiz olaraq 24 saat istifadə edir. Elektrik enerjisindən istifadə edən abonentlərin sayı 2167 olmuş və il ərzində 37 ailəyə yeni elektrik xətti çəkilmişdir. Qazdan istifadə edən abonentlərin sayı 2152 olmuşdur.Samux rayon İHB –sı cənab Alı Qocayevin sayəsində yeni massivlərə qaz xətti çəkilərək istifadəyə verilmişdir.Hal- hazırda həmin xətdən 500 ailə istifadə edir.Şəhər ərazisində 1650 ailəyə telefon xətti, 449 ailəyə isə sürətli internet xidməti göstərilir. TKQ tərəfindən yeni yaşayış massivlərinə xətlər çəkilərək 35 ailəyə telefon çəkilmişdir.
Şəhər icra nümayəndəliyi QİS, PEŞ və Su Kanal İdarəsi ilə daimi əlaqə saxlayaraq kommunal xidmət haqlarının yığılmasında fəallıq göstərərək, yığım faizinin yüksək olması üçün köməklik göstərmişdir.
Nümayəndəliyin ərazisində 3 orta məktəb, 6 uşaq baxçası var. Il ərzində nümayəndəliyin işçiləri məktəblər və uşaq bağçaları ilə daim əlaqə saxlamış, bu təşkilatlara kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına nail olmuşuq.

Samux şəhərində yeni masiflera Zeynalabdin Tağıyev,Şah İsmayıl Xətai,Alı Mustafayev,Xəzər küçələrinə asfalt salınmışdır. 7 küçəyə qum-çınqıl tökülərək hamarlanmışdır.
Bütün nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası xüsusi rol oynamışdır. Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayevin rəhbərliyi altında rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri nəticəsində rayonumuzun siması, xüsusilə rayonun mərkəzinin siması əsaslı şəkildə dəyişmişdir.
  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 24 noyabr 2003-cü il tarixli Fərmanının 7-ci bəndinə əsasən yerlərdə vətəndaşların ərizə və şikayətlərinə baxılması və onların haqlı tələblərinin təxirə salınmadan həll olunması üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, il ərzində vətəndaşlar tərəfindən 42 ədəd yazılı ərizə daxil olmuşdur ki, həmin ərizələrdə qaldırılmış problemlər müsbət həll olunmuşdur. Eyni zamanda hesabat ilində nümayəndəliyə ayrı-ayrı təşkilatlardan 54 ədəd məktub göndərilmişdir. Əhaliyə 3486 ədəd arayışlar və müxtəlif məsələlərlə bağlı 40 əmr verilmişdir. Şifahi qəbula gələnlər 31 nəfər olmuşdur.
Hesabat ilində gənclərin hərbi vətənəprvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir ki, bu da öz növbəsində çağırış yaşlı gənclərin hərbidən yayınması hallarının tamamilə aradan qaldırılmasına səbəb olmuşdur.
Gənclərin növbəti hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı bütün tədbirlər görülmüşdür. Gənclərin hərbi qeydiyyata alınması işi rayon Hərbi Komissarlığı ilə birgə həyata keçirilir.
Görülmüş işlərlə bərabər, 2020-cu ildə də qarşımızda böyük vəzifələr durur. Belə ki, cari ildə tikinti-quruculuq və abadlıq işlərini daha da sürətləndirməliyik. 2020-cu ildə şəhərin bir neçə küçəsində yenidənqurma işləri aparılmalıdır. Rayon İHB-sı cənab Alı Qocayevin yaxından köməkliyi və qayğısı sayəsində böyük həcmli iş olan  mərkəzləşdirilmiş içməli su sisteminin qurulması və yekunlaşma işləri aparılır. Eyni zamanda cari ildə şəhərin  kanalizasiya çəkilməsinə nail olmalıyıq.
Sizin əmin edirəm ki, nümayəndəlik 2020-cu ildə də  Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamlarını, Nazirlər Kabinetinin fərmanı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncam, əmr və tapşırıqlarının yerinə yetirilməsində, eləcə də bütün sahələrdə olduğu kimi 2020-cu ildə sosial-iqtisadi sahələrdə, əhalinin ərizə, şikayət və müraciətlərini araşdıraraq, həll olunmasına var qüvvəmizlə çalışacaq, bütün imkanlarımız səfərbər edərək, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcəyik.

Keçidlər