Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda əsas kapitala yatırılan investisiyaların həcmi 8821,7 min manat təşkil edib

31 yanvar 2020 | 16:00

Ötən il Samux rayonunda əsas kapitala yatırılan investisiyaların həcmi 8821,7 min manat olub.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon üzrə sənaye sahəsinə 4303,1 min, kənd təsərrüfatına 1050,0 min, sosial sahəyə 3302,3 min, digər sahələrə isə 166,3 min manat investisiya qoyulub.
Əsas kapitala qoyulan investisiyanın 5451,4 min manatı və ya 61,8 faizi istehsal təyinatlı, 3370,3 min manatı və ya 38,2 faizi isə qeyri-istehsal təyinatlıdır. 4794,9 min manat əsas fondlar istifadəyə verilib. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 2253,0 min manat olan 5742 kvadratmetr mənzil tikilib istifadəyə verilib. Əsas kapitala yönəldilmiş sərmayənin 6568,7 min manatı və ya 74,5 faizi dövlət büdcəsindən ayrılan, 2253,0 min manatı və ya 25,5 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olub.
Samux, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər