Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda süni mayalanmadan 2245 baş buzov doğulmuşdur

27 yanvar 2020 | 16:00

Samux rayonunda 2019-cu ildə  5037 baş iri buynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılmışdır. Heyvanların süni mayalandırılmasından 2245 baş bala alınmışdır. Ümumiyyətlə, 2014-cü ildən bəri, yəni son 6-ildə rayonda süni mayalanmadan 7652 baş cins buzov doğulmuşdur. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələmişdir.
       Bu il rayonda iri buynuzlu mal-qaranın baş sayı 23572 baş , qoyun və keçilərin baş sayı isə 139946 başa çatmışdır.
       Rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olmuşdur. Əvvəlki ilim müvafiq dövrü ilə müqayisədə bu il rayonda  ət istehsalı(diri çəkidə) 2,7 faiz  artaraq 5739 ton, süd istehsalı 1,9 faiz artaraq 31358 ton,  yumurta istehsalı isə 13,7 faiz artaraq 7435 min ədəd olmuşdur.

 

Samux Rayon Statistika İdarəsi

Keçidlər