Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lək kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

28 yanvar 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lək kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Lək kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Həsənov Elmidar Səfər  oğlu Lək kəndi ərazisində elektrik naqillərini yeni özünü daşıyan izolyasiya naqilləri ilə əvəz edilməsini   xahiş etdi.
2. Namazov İsmizahid Niyaz oğlu Lək kəndində yeni yaşayış massivində təbbi qaz xəttinin çəkilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər