Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yenikənd kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

22 yanvar 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yenikənd  kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yenikənd kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əzimova Səhər Qafar qızı yaşayış evinin qarşısından keçən, yüksək gərginlik elektrik xəttinin iki ədəd dirəyinin yararsız vəziyyətdə olduğunu bildirdi və yenisi ilə əvəz edilməsini xahiş etdi.
2. Əmiraslanov Hidayyət Vəli oğlu Qarasaqqal su kanalından ayrılan baş su arxlarının və köhnə şor kanallarının   lildən təmizlənməsini xahiş etdi.
3. İbrahimova Akifə Qurban qızı 2018-ci ildə Qarasaqqal su kanalında işləri yekunlaşmamış 150 metr məsafə olan hissəsində pay torpaqlarının şoranlaşmasının qarşısını alamaq üçün kanalda bənd-bərkitmə işlərinin aparılmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər