Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qiyaslı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

14 yanvar 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qiyaslı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Mirzəyev Kamil Şamil oğlu yeni yaşayış massivnə içməli su xəttinin çəkilməsini xahiş etdi.
2. Kərimova Şarabanı  Oruc qızı yaşayış evinin qarşısındakı elektrik dirəyinin yerinin  dəyişirilməsini  xahiş etdi.
3. Həsənov Azər Həsrət oğlu Qiyaslı kəndi ərazisindən keçən Şəmkir-Samux-Goranboy maşın su kanalının üst hissəsində pay torpaqlarının suvarılması zamanı artıq suların axıdılması üçün su arxının çəkilməsini  xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

 

 

 

Keçidlər