Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kənd İ.Ə.D.-i üzrə nümayəndəsinin 2019-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi

10 yanvar 2020 | 16:00

Azərbaycan  Respublikasında  2019-2023 cü  il  Sosial-İqtisadi  inkişafın  sürətləndirilməsinə  dair  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyev  cənablarının  məlum  fərmanına  uyğun  olaraq  ölkənin  bütün  regionlarında  olduğu  kimi rayonumuzda və o, cümlədən  Nümayəndəliyimizdə təmir  abadlaşdırma işləri görülmüş, vətəndaşların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına  diqqət artırılmış, təhsil, mədəniyyət, səhiyyə və rabitə sahəsində maddi texniki bazanın  möhkəmləndirilməsi  istiqamətində  mühüm  tədbirlər  həyata keçirilmişdir.
            Məlumat  üçün  bildirim  ki,  Nümayəndəliyin  ərazisi  805 ha,  əhalisi  1836  nəfər,  təsərrüfatların  sayı  458,  yaşayış  evlərinin  sayı   435,  seçicilərin  sayı  1080  nəfər  olmaqla  Nümayəndəliyin  Alıuşağı  kəndində  70  ailə  231  nəfər  Kəlbəcər  rayon  məcburi  köçkünləri  məskunlaşmışdır. Nümayəndəliyin  ərazisində  2  orta  məktəb,  1  klub, 1  Poçt  şöbəsi,  4 komersiya  ticarət  köşkü,  mövsumi  işlərlə  əlaqədar  olaraq  kənd  təsərrüfatı  məhsullarının  saxlanılması  üçün  1  soyuducu  sexi  fəaliyyət  göstərir.
          Nümayəndəliyin  əhalisi  əsasən  əkinçilik  və  heyvandarlıqla  məşqul  olur.  2019-ci ildə Nümayəndəlik  üzrə  161  ha  taxıl,  150 ha  günəbaxan,  198 arpa ,  7 ha  qarğıdalı,  24 ha sair  kənd  təsərrüfatı   məhsulları  əkilmişdir.  Məlumat  üçün  bildirirəm  ki,  əhalinin,  elektirik enerjisinə  olan  tələbat  tam  təmin  olunmuş,  əhali  texniki  nasazlıqları  nəzərə  almasaq  dayanaqsız  elektirik  enerjisindən  istifadə  edir  və  enerji  haqqının  ödənilməsində  demək  olar  ki,  heç  bir  gerilik  yoxdur,  və  455  abonent  sayğacla  tam  təmin  olunmuşdur.
            Əhalinin  təbii  qaz  yanacağından  da  istifadə  etməsi  üçün  xeyli  işlər  görülmüş  və  290  abonent  mavi  qazdan  istifadə  edir  və  istifadə  edilmiş  təbii  qazın  dəyəri  sayğacların göstəricisinəə  uyğun  olaraq  ödənilməsi  yerinə  yetirilir.Əlavə  abonentə sayğac verilmişdir. Əhalinin  Rabitə  vastələrinə  olan  ehtiyacı  günün  tələbləri  səviyəsində  yerinə  yetirilir beləki,  ilbə  il  telefon  çəklişi  davam  edilir  və  164  nəfər  telefon  danışıqlarından  istifadə  edirlər.
             Məlumat  üçün  bildirim  ki, rayon  Icra  Hakimiyyətinin  Başçısı  cənab  A. Qocayev   2019-ci  ildə   2  dəfə  nümayəndəlikdə  vətəndaşlarla  səyyari  qəbul  keçirtmişdir  və  tapşırığa  əsasən  pay  torpaqlarının  suvarılması  üçün  rayon  İcra  Hakimiyyəti  Başçısı  cənab  Alı  Qocayevin  diqqət  və  qayğısı  nəticəsində  müasir  tələblərə  cavab  verən  təzə  artezan  quyusu qazilaraq  əhalinin  istifadəsinə  verilmişdir.
            Ölkə  Prezidenti  İlham  Əliyev  cənablarının  Regional  Sosial-İqtisadi  inkişafı  Dövlət  proqramı  haqqında  imzaladığı  fərmana  əsasən  nümayəndəliyin  ərazisində  yaşıllaşdırma, ağacların  əkilməsi,  yol  və  yolkənarı  sahələrin  təmizlənməsi,  və  bundan  başqa  rayonda  ulu öndərin  adına  olan  istirahət  parkında  nümayəndəliyə  ayrılmış  ərazidə  müntəzəm  olaraq  abadlıq  və  təmizlik  işləri  aparır,  rayonumuzda  aparılan  bütün  tədbirlərdə  iştirak  edir  və öz köməkliyimizi  göstəririk. 
           İl  ərzində  nümayəndəlik  üçün  ayrılmış  maliyyə  xərcləri  vaxtı-vaxtında  təyinatı  üzrə istifadə  olunmuşdur.
           Azərbaycan  Respublikasında  Sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  23  noyabr  2003-cü  il  tarixli  fərmanın     7-ci  bəndinin  tələblərinə  uyğun  olaraq  nümayəndəlikdə  vətəndaşların  qəbulu  onların  ərizə,  müraciyət  və  təklifləri  təlimata  uyğun  olaraq  aparılmış  və  icrası  təmin  olunmuşdur.
            Nümayəndəlik  2019-ci  ildə aşağıdakı  karguzarlıq  işlərini  görmüşdür. Belə ki,  nümayəndəlik  tərəfindən  əlaqədar  təşkilatlara  66  məktub  göndərilmiş, 26  məktub  daxil  olmuş,  vətəndaşlardan  3  ərizə,  10  şifahi  müraciyət  daxil  olmuş. Vətəndaşlara  Samux  rayon  Qeydiyyat  Şöbəsi  üzrə   xidmətlər  göstərilmişdir.  Hər ay  Q.Ş.-nə  yazılı  məlumat  verilməsi  tərəfimizdən yerinə  yetirilmişdir.
            Nümayəndəlik  gənc  nəsili  vətənpərvərlik  ruhunda  tərbiyə  olunması  istiqamətində  müəyyən  işlər  görülmüşdür.  Belə  ki, Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  Samux  bölməsi  ilə  işimizi  günün  tələbləri səviyəsində   qurmaqla  gənclərin  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət Xidmətinin  Samux  bölməsində  qeydə  alınması,  onların  tibbi  müayyədən  keçməsi,  çağrışçıların  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət Xidmətinin  Samux  bölməsinə   getməsi  əsas  vəzifə  kimi  qarşımıza  qoyulmuşdur.
            Nümayəndəliyin  2019-ci  ildə  gördüyü  müsbət  işlərlə  yanaşı  bəzi  nöqsanlarda  mövcud  olmuşdur. Belə ki,  əhali  arasında  maarifləndirmə  işi  zəif  olduğundan  nümayəndəliyin  bəzi  vətəndaşları  öz  problemlərini  həll  etmək  üçün  yuxarı  təşkilatlara  və rayon  İcra  Hakimiyyəti  Aparatına  müraciyət  etmişlər. Halbuki,  yuxarı  təşkilatlara  müraciyət  olunmuş  şikayətlərin  müəyyən  qismini  nümayəndəlikdə də   həll  etmək  mümkünü  olardı. Bu cür  halların  gələcəkdə  buraxılmaması  üçün  əhali  ilə  daha  sıx  əlaqə  yaradıb  onların  qarşılaşdığı  problemlərinin  həllində  yaxından  köməklik  göstərməliyik.
              Nümayəndəlik  kənd  əhalisinin  əsas  problemlərinin  həll  olunması  üçün  2020-ci  il prespektiv  iş  planı  və  tədbirlər  planı  hazırlanmışdır. Belə ki,  əsas  problemlərdən  olan  pay torpaq  sahəsinin  suvarılması,  yeni  salınmış  yaşayış  massivinə  təbii  qaz  xətinin  çəkilməsi , kənd  arası  yolların ,  küçələrin  təmiri  və   bu  kimi  başqa  problemlərin  həlli  nümayəndəliyin  qarşısında  mühüm  vəzifə  olaraq  qoyulmuşdur.
             Hörmətli  yığıncaq  iştirakçıları  sizə  bildirmək  istəyirəm  ki,  bundan  sonrakı  fəaliyyətimizdə  əhalinin  qarşılaşdığı  problemlərin  həllini  ön  plana  çəkəcək. Respublikamızda   o  cümlədən  Rayonumuzda  gedən  iqtisadi-inkişaf , tikinti-quruculuq  və  abadlaşdırma  işlərini  nümayəndəlikdə  davam  etdirəcək,  Rayon  İcra  Hakimiyyəti  Başçısı  Aparatının  bütün  tapşırıqlarını  vaxtında  layiqincə  yerinə  yetirəcəyik.

 

Keçidlər