Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhid milli qəhrəmanın ailəsini evində ziyarət etdi

29 dekabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhid milli qəhrəmanımız Eltun İsgəndərovun ailəsini evində ziyarət etdi. “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və qarşıdan gələn “Yeni il” bayramı münasibəti ilə onları təbrik edib.
     İcra başçısı bildirmişdir ki, milli qəhrəmanımız Eltun İsgəndərovun fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
    Görüşün sonunda  milli qəhrəmanın ailəsinə bayram sovqatı təqdim olunub. Milli Qəhrəmanın valideynləri  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlığını bildiriblər.
     Şəhidin atası Xaləddin İsgəndərov rayon rəhbərinin onlarla  görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.

Keçidlər