Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə növbəti görüş keçirildi.

25 dekabr 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi ilə birgə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə 2019-cu ilin yekunlarına dair növbəti görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova RİİB-in könüllülərini salamladı onları Mərkəzimizdə görməkdən məmnun olduğunu vurğuladı və işlərində uğurlar arzuladı. Görüşlərdə regional nümayəndələrin il ərzində həyata keçirilən tədbir və layihələr barədə məlumatları dinlənilib, könüllülər RİİB-in təşkilatçılığı və dəstəyi ilə qatıldıqları tədbirlərin onların sosiallaşması və fərdi inkişaflarındakı əhəmiyyətindən, qazandıqları uğurlardan danışıldı.
Sonda RİİB-in keçirdiyi layihə və tədbirlərdə fəal iştirak etdiklərinə görə bütün könüllülər sertifikatla təltif edildilər.

Keçidlər